Bank Of Baku

Azərbaycan prezidenti Səid Qurbanovu fəxri diplomla təltif edib

Azərbaycan prezidenti Səid Qurbanovu fəxri diplomla təltif edib
# 20 dekabr 2008 15:42 (UTC +04:00)
APA-nın xəbərinə görə, S. Qurbanov Azərbaycanla Dağıstan arasında qarşılıqlı əlaqələrin inkişafındakı xidmətlərinə görə bu diplomla təltif olunub.

Bu gün prezident S. Qurbanovun 80 illik yubileyi münasibətilə də onu təbrik edib. Məktubda bildirilib ki, S. Qurbanovun Azərbaycanla Dağıstan arasında qarşılıqlı əlaqələrin inkişafındakı xidmətləri təqdirəlayiqdir: “ Müxtəlif dövrlərdə Siz olduqca mötəbər qurumlara başçılıq edərək vətənpərvərlik ruhu və əzmkarlıq nümayiş etdirmisiniz. Yüksək təşkilatçılıq bacarığınız Dərbəndə rəhbərlik etdiyiniz dövrdə özünü xüsusilə büruzə verib. Sizin müdrikliyiniz və böyük həyat təcrübəniz müxtəlif nəsillərin nümayəndələri tərəfindən dərin rəğbət və ehtiramla qarşılanıb. Azərbaycan diasporunun təşkilatlanmasında misilsiz xidmətlər göstərmiş ulu öndər Heydər Əliyev həmişə fəaliyyətinizi və şəxsiyyətinizi yüksək dəyərləndirib”.

Təbrik məktubunda bildirilib ki, S. Qurbanov bir çox mükafatlara, o cümlədən Azərbaycanın ali mükafatına – “Şöhrət” ordeninə layiq görülüb: “Bununla yanaşı, sözsüz ki, Sizin ən böyük mükafatınız el ağsaqqalı kimi qazandığınız nüfuz və hörmətdir. Əminəm ki, Siz bundan sonra da özünüzə xas uzaqgörənliklə dünya azərbaycanlılarının həmrəyliyi işinə layiqli töhfələr verəcəksiniz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR