Bank Of Baku

AMİP Demokratiya Uğrunda İttifaqda təmsil olunmayacaq

AMİP Demokratiya Uğrunda İttifaqda təmsil olunmayacaq
# 22 dekabr 2008 10:17 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Demokratiya Uğrunda İttifaqda təmsil olunmayacaq. Bunu APA-ya partiyanın mətbuat və təbliğat katibi Əli Orucov deyib. O bildirib ki, əməkdaşlıqla bağlı DUİ-də təmsil olunan Klassik Xalq Cəbhəsi və Böyük Azərbaycan partiyaları ilə danışıqlar aparılıb və bu danışıqlar zamanı DUİ təmsilçiləri AMİP-in quruma daxil olması ilə bağlı təklif irəli sürsələr də, buna müsbət cavab verilməyib: “Biz ümumiyyətlə, heç bir blokda, ittifaqda təmsil olunmaq fikrində deyilik. Amma müəyyən məsələlərdə əməkdaşlığı mümkün sayırıq və hazırda bu barədə DUİ rəsmiləri ilə danışıqlar aparılır. Lakin bələdiyyə seçkiləri zamanı hansısa seçki bloklarında təmsil oluna bilərik”.

Qeyd edək ki, bir müddət əvvəl AMİP-in baş katibi Fuad Muxtarov partiyanın yaxın vaxtlarda DUİ-yə daxil olacağını bildirmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR