Bank Of Baku

Aydın Quliyevin yaradacağı yeni partiya gələn ilin əvvəllərində elan olunacaq

Aydın Quliyevin yaradacağı yeni partiya gələn ilin əvvəllərində elan olunacaq
# 22 dekabr 2008 10:37 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev yaradacağı yeni siyasi partiyasını 2009-cu ilin əvvəllərində elan edəcək. APA-nın məlumatına görə, məsələ ilə bağlı Aydın Quliyevin yaydığı bəyanatda bildirilir ki, partiyanın 2008-ci ilin sonunda elan edilməsi nəzərdə tutulsa da, siyasi proseslər tam aydınlaşmadığından bir qədər gözləmək qərara alınıb. Partiyanın təşəbbüs qrupunun iclasında yeni partiyanın bəyan edilməsi üçün siyasi şəraitin hələ tam yetişmədiyi, əlavə zamana ehtiyac olduğu qənaətinə gəlinib: “Öz tarixi missiyasını uğursuz və ya tam icra etmiş bəzi ənənəvi qüvvələrin siyasi səhnəni tərk etməsi prosesi hələ tam başa çatmayıb, eləcə də yeni partiyalara ictimai tələbin ideoloji xarakteri aydınlaşmayıb. Cəmiyyətin hazırda liberal, demokratik, millətçi, sağ, sol, mərkəzçi kimi ideoloji partiya platformalarından hansına üstün ehtiyac hiss etdiyi məlum deyil”. A. Quliyev bildirib ki, yeni partiyanın strateji hədəfləri, nizamnamə strukturu işlənib başa çatsa da, qeyri-müəyyən şəraitdə onun təsis olunması “partiya xətrinə partiya yaratmaq” kimi görünə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR