Bank Of Baku

Zəminə Dünyamalıyeva: “Açıq Cəmiyyət Partiyasının rəhbərliyi İdarə Heyətinin üzvlərini mənsiz bir yerə yığa bilməz”

Zəminə Dünyamalıyeva: “Açıq Cəmiyyət Partiyasının rəhbərliyi İdarə Heyətinin üzvlərini mənsiz bir yerə yığa bilməz”
# 22 dekabr 2008 11:28 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Açıq Cəmiyyət Partiyasının rəhbərliyi İdarə Heyətini yığa, mənimlə bağlı müzakirə apara və məni partiyadan xaric edə bilsə, onlara təşəkkür edəcəyəm. Çünki bu vaxta qədər İdarə Heyətinin üzvlərini mənsiz bir yerə yığa bilməyiblər”. Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyası (ACP) liderinin müşaviri Zəminə Dünyamalıyeva deyib. O, partiyadakı qüsurları açıq söylədiyi üçün həmişə rəhbərlikdə təmsil olunan ayrı-ayrı şəxslərin hədələrinə məruz qaldığını bildirib. Z. Dünyamalıyeva partiyadan çıxarılması ilə bağlı müzakirə aparılmasına əsas olmadığını vurğulayıb: “Mən heç bir Nizamnamə pozuntusuna yol verməmişəm. Sadəcə, Zəminənin obyektiv danışması bunları qıcıqlandırır. Onlar deyirlər ki, biz həmişə Rəsul Quliyevin adından bəhrələnmişik, indi isə müstəqil şəkildə heç bir iş görə bilmirik, amma bu reallığı heç kim dilə gətirməsin və elə bilsinlər ki, biz varıq, fəaliyyət göstəririk. Axı gərək mövcud olasan ki, iş görə biləsən. O partiyada üç nəfər qalıb. Məşhur təmsildə olduğu kimi, onların da hərəsi bir tərəfə dartır”.

Qeyd edək ki, Z. Dünyamalıyeva ACP rəhbərliyinə qarşı ittihamlarla çıxış etdiyi üçün onun partiyadan xaric olunması məsələsi qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR