Bank Of Baku

Konstitusiyaya əlavə və dəyişikliklər dekabrın 26-da Azərbaycan Milli Məclisində müzakirəyə çıxarılacaq

Konstitusiyaya əlavə və dəyişikliklər dekabrın 26-da Azərbaycan Milli Məclisində müzakirəyə çıxarılacaq
# 22 dekabr 2008 12:29 (UTC +04:00)
Parlamentdən APA-ya daxil olan məlumata görə, Konstitusiya Məhkəməsinin “Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında referendum aktı” layihəsi ilə bağlı rəyi bir neçə günə Milli Məclisə göndəriləcək. Milli Məclisin dekabrın 26-də keçirilən iclasında isə layihə müzakirəyə çıxarılacaq. Milli Məclis əlavə və dəyişikliklərin referenduma çıxarılıb-çıxarılmamasına qərar verəcək.

Qeyd edək ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər sırasında bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR