Bank Of Baku

Fuad Əliyev Türkiyədə səfərdə olub

Fuad Əliyev Türkiyədə səfərdə olub
# 22 dekabr 2008 12:30 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Türkiyədə səfərdə olub. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Türkiyə Liberal Demokrat Partiyasının sədri Cem Tokerin dəvəti ilə gerçəkləşən səfər zamanı F. Əliyev türkiyəli həmkarı ilə partiyalararası əməkdaşlıq və digər məsələlərlə bağlı müzakirə aparıb. Müzakirələr zamanı Azərbaycan-Türkiyə, Türkiyə-Ermənistan münasibətlərinə xüsusi diqqət yetirilib. Tərəflər birmənalı şəkildə bəyan ediblər ki, Türkiyə yalnız Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunduqdan sonra Ermənistanla əməkdaşlıq edə bilər. C. Toker qeyd edib ki, ermənilər Azərbaycan ərazilərindən çıxmalı, azərbaycanlı qaçqın və köçkünlər doğma torpaqlarına qayıtmalı və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR