Bank Of Baku

Konstitusiya Məhkəməsi Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı layihəyə dekabrın 24-də rəy verəcək

Konstitusiya Məhkəməsi Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı layihəyə dekabrın 24-də rəy verəcək
# 22 dekabr 2008 12:53 (UTC +04:00)
Bu barədə APA-ya Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, 2008-сi il dekabrın 19-da Milli Məclis tərəfindən Konstitusiyanın 153-cü maddəsinin tələbinə əsasən, Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün təqdim olunan “Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası dekabrın 24-də keçiriləcək.

Qeyd edək ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər sırasında bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR