Bank Of Baku

DAK ermənilərə qarşı imzatoplama kampaniyasına başlayıb

DAK ermənilərə qarşı imzatoplama kampaniyasına başlayıb
# 22 dekabr 2008 13:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) bir əsrdən artıq Azərbaycan türklərinə qarşı cinayətlər törədən ermənilərə qarşı imzatoplama kampaniyasına başlayıb. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kampaniyada ermənilərin Azərbaycan türklərinə qarşı törətdiyi əməllər diqqət mərkəzinə gətiriləcək: “Tarixi Azərbaycan torpaqlarında - qədim İrəvan xanlığının ərazisində Rusiya İmperiyasının bilavasitə köməyi ilə özlərinə Ermənistan adlı dövlət qurduqlarına, 1905-1907-ci illərdə, həmçinin 1918-ci ildə İrəvanda, Zəngəzurda, Vedibasarda, Urmiyada, Salmasda, Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Naxçıvanda yüz minlərlə dinc və silahsız Azərbaycan türkünü qətlə yetirdiklərinə, 1905-ci ildən 1988-ci ilə qədər 1,5 milyondan çox Azərbaycan türkünü Qərbi Azərbaycandakı doğma yurdlarından deportasiya etdiklərinə, həmin ərazilərdə minlərlə Azərbaycan yaşayış məntəqəsini viran qoyduqlarına, yüzlərlə tarixi abidəni məhv etdiklərinə, 1988-ci ildən başlayaraq 1 milyondan artıq azərbaycanlını öz yurdlarından didərgin saldıqlarına, Xocalıda yüzlərlə dinc sakini xüsusi amansızlıqla qətlə yetirdiklərinə, Xocalı kimi bütöv bir şəhəri yer üzündən sildiklərinə, müstəqil Azərbaycanın 20 faiz ərazisini işğal etdiklərinə, Azərbaycan türklərinə qarşı 100 ildir törədilən qətl və qarətlərə, soyqırımlara, ərazi işğallarına görə erməni terrorçuları və erməni xalqı Azərbaycan xalqından üzr istəsin və işğal olunan əraziləri dərhal azad etsin”. DAK-dan o da bildirilib ki, internet vasitəsilə aparılacaq kampaniyaya dünyanın bütün bölgələrindən qoşulmaq mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR