Bank Of Baku

ATƏT-in Bakı ofisinin rəhbəri ədliyyə naziri Fikrət Məmmədovla vida görüşü keçirib

ATƏT-in Bakı ofisinin rəhbəri ədliyyə naziri Fikrət Məmmədovla vida görüşü keçirib
# 22 dekabr 2008 16:22 (UTC +04:00)
Bakı – APA. Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Azərbaycanda fəaliyyət müddəti başa çatan ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero Ansola ilə görüşüb. Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, prezident İlham Əliyevin tapşırıqlarına əsasən məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi üzrə geniş miqyaslı tədbirlərin görüldüyünü vurğulayan F. Məmmədov hakimlərin ən mütərəqqi üsullarla seçildiyini, onların xarici mütəxəssislərin iştirakı ilə tədrisinin beynəlxalq standartlara uyğun keçirildiyini bildirib. Bu proseslərə ATƏT-in verdiyi töhfələr və Xose Luis Herrero Ansolanın xidmətlərini qeyd edən nazir ona təşəkkür edərək yeni təyinatında müvəffəqiyyətlər diləyib.

İkitərəfli əməkdaşlığın ən yüksək səviyyəyə çatdığını deyən qonaq isə çalışdığı müddətdə mütərəqqi proseslərin şahidi olduğunu bildirib. O, regionlarda apellyasiya məhkəmələrinin yaradılmasını mühüm nailiyyət kimi qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR