Bank Of Baku

Azərbaycanda 2009-cu il “Uşaq ili” elan edilib

Azərbaycanda 2009-cu il “Uşaq ili” elan edilib
# 22 dekabr 2008 16:37 (UTC +04:00)
APA-nın xəbərinə görə, sərəncamda göstərilib ki, respublikada uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 2009-cu il Azərbaycanda “Uşaq ili” elan edilib.
Sərəncama görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil, Səhiyyə, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Statistika Komitəsi və digər aidiyyəti qurumlarla birlikdə 2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə bağlı tədbirlər planını bir ay ərzində hazırlayıb təsdiq etmək üçün Azərbaycan prezidentinə təqdim edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR