Bank Of Baku

Azərbaycan prezidenti Mənzil-kommunal təsərrüfatının maddi-texniki təchizatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti Mənzil-kommunal təsərrüfatının maddi-texniki təchizatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb
# 22 dekabr 2008 16:43 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Mənzil-kommunal təsərrüfatının maddi-texniki təchizatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, sərəncam ölkənin şəhər və rayonlarında mənzil-kommunal təsərrüfatının maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması, onun yeni xüsusi təyinatlı kommunal texnikası ilə təmin edilməsi, habelə şəhər və rayonların növbəti qış mövsümünə lazımi səviyyədə hazırlanması işlərinin davam etdirilməsi məqsədi ilə imzalanıb. Sərəncamda göstərilən vəzifələrin yerinə yetirilməsi üçün şəhər və rayon icra hakimiyyətlərinə xüsusi təyinatlı kommunal texnikasının mərkəzləşdirilmiş qaydada alınması məqsədilə 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 14,0 (on dörd) milyon manat məbləğində vəsait ayrılacaq.
Maliyyə Nazirliyinə vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək, Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR