Bank Of Baku

Azərbaycan prezidenti Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavinini qəbul edib

Azərbaycan prezidenti Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavinini qəbul edib
# 22 dekabr 2008 16:53 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, ordu generalı Həsən İğsızın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib. Türkiyə ordusu Baş Qərargah rəisinin bir müddət əvvəl Azərbaycana səfərini xatırladan İ. Əliyev iki ölkə arasında hərbi əməkdaşlığın əhəmiyyətini və bunun bölgədə sülhün təmin olunmasındakı rolunu qeyd edib.

Dost və qardaş ölkə olan Azərbaycana səfərindən məmnunluğunu söyləyən ordu generalı Həsən İğsız da digər sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrin böyük əhəmiyyət kəsb etdiyini və səfərin bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcəyinə əminliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR