Bank Of Baku

Azərbaycan Aydınlar Partiyası sənədləri Ədliyyə Nazirliyinə təqdim edib

Azərbaycan Aydınlar Partiyası sənədləri Ədliyyə Nazirliyinə təqdim edib
# 23 dekabr 2008 10:07 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Aydınlar Partiyası dövlət qeydiyyatına alınmaq üçün tələb olunan sənədləri bu gün Ədliyyə Nazirliyinə təqdim edib. Partiyadan APA-ya verilən məlumata görə, sənədlər qanunvericilikdə nəzərdə tutulan qaydada tərtib olunub, partiyanın tələb edilən min üzvünün imzaları alınıb.

Partiyadan o da bildirib ki, Aydınlar Partiyasının yerli təşkilatlarının yaradılması işi davam etdirilir. Qurultaydan sonrakı müddətdə daha 5 rayonda təşəbbüs qrupu yaradılıb. Gələn il keçiriləcək bələdiyyə seçkilərinə kimi Azərbaycanın bütün rayonlarında yerli təşkilatların yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, Aydınlar Partiyasının təsis qurultayı dekabrın 14-də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR