Bank Of Baku

Şeyxülislam prezident səlahiyyətinə qoyulan məhdudiyyətin aradan qaldırılmasının tərəfdarıdır

Şeyxülislam prezident səlahiyyətinə qoyulan məhdudiyyətin aradan qaldırılmasının tərəfdarıdır
# 23 dekabr 2008 11:00 (UTC +04:00)
Konstitusiyada bir şəxsin iki dəfədən artıq prezident seçilməsini məhdudlaşdıran maddənin aradan qaldırılması ilə bağlı təklifə münasibət bildirən A. Paşazadə bunun tərəfdarı olduğunu bildirib: “Hesab edirəm ki, insanlar kimi istəyirlərsə, seçməlidirlər. Bu insanların öz hüququdur. Onlar öz prezidentlərini səsvermə ilə müəyyənləşdirirlər”.

Şeyxülislam bu addımın Azərbaycanın daha da inkişafına xidmət edəcəyinə inandığını vurğulayıb.

Prezident yanında Əfv Komissiyasının üzvü olan A. Paşazadə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə əfv fərmanının imzalanacağı barədə xəbərlərə münasibət bildirərkən hələlik bu barədə məlumatı olmadığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR