Bank Of Baku

Müxalifət partiyaları Konstitusiya Məhkəməsinin binası qarşısında aksiya keçirilməsi ilə bağlı müzakirə aparırlar

Müxalifət partiyaları Konstitusiya Məhkəməsinin binası qarşısında aksiya keçirilməsi ilə bağlı müzakirə aparırlar
# 23 dekabr 2008 11:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bir neçə müxalifət partiyasının dekabrın 25-nə Konstitusiya Məhkəməsinin binası qarşısına təyin etdiyi aksiya təxirə salınıb. Bu barədə APA-ya Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə Konstitusiyada qoyulan məhdudiyyətin aradan qaldırılması ilə bağlı Konstitusiya Məhkəməsinin iclası dekabrın 24-nə təyin olunduğu üçün bir gün sonra aksiyanın keçirilməsi əhəmiyyətsiz hesab edilib.

Müxalifət partiyaları aksiyanın sabah - dekabrın 24-də keçirilməsi ilə bağlı müzakirələr aparırlar. A. Hacılının sözlərinə görə, günün birinci yarısından başlayan müzakirələr hələlik başa çatmayıb. O, günün sonuna kimi aksiyanın vaxtı və yeri ilə bağlı konkret qərarın qəbul ediləcəyini bildirib.

Müzakirələrdə Müsavat, AXCP və digər müxalifət təşkilatlarının nümayəndələri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR