Bank Of Baku

Sərdar Cəlaloğlu Pənah Hüseynin müxalifətin birliyinə dair təklifini yanlış hesab edir

Sərdar Cəlaloğlu Pənah Hüseynin müxalifətin birliyinə dair təklifini yanlış hesab edir
# 23 dekabr 2008 11:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Biz müxalifət partiyalarının birlik yaratmasını vacib hesab edirik. Amma bu məsələ ilə bağlı Pənah Hüseynin irəli sürdüyü yanaşmanı doğru saymırıq”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, P. Hüseynin irəli sürdüyü təkliflərlə bağlı müəyyən məsləhətləşmə aparılıb, lakin bu, müzakirə demək deyil: “Biz hesab edirik ki, konkret sərhəd qoymadan hər hansı birliyin yaradılması effektsizdir. Bu baxımdan bizim fikirlərimizlə Pənah Hüseynin fikirləri arasında incə fərq var. Biz də hesab edirik ki, siyasi qüvvələr birləşməlidir, amma biz real siyasi qüvvələrin birliyini vacib sayırıq. Demokratiyanın qüsurları saydan yox, keyfiyyətdən doğur. Yəni birləşən 2 partiyadan biri zəif olsa, o birliyin heç bir mənası yoxdur. Bu baxımdan biz deyirik ki, birlik yaratmaq üçün mütləq müəyyən bir keyfiyyət kateqoriyalarına əsaslanmalıyıq. Ona görə də mən Pənah Hüseynin “kim olur-olsun, hamı olsun, təki birlik olsun” fikrini bölüşmürəm və bunu səhv hesab edirəm. Bunun Azərbaycan cəmiyyətinə xeyir verəcəyini düşünmürəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR