Bank Of Baku

Piter Semnebi Lalə Şövkət və İsa Qəmbərlə görüşüb

Piter Semnebi Lalə Şövkət və İsa Qəmbərlə görüşüb
# 23 dekabr 2008 13:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşüb. ALP-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, demokratiya, siyasi məhbuslar və insan hüquqları problemləri və Cənubi Qafqazda yaranmış geosiyasi durum müzakirə edilib. Müzakirələr zamanı Azərbaycan müxalifətin 2008-ci il prezident seçkisindən sonrakı planları, hazırda müxalifət daxilində gedən inteqrasiya prosesləri, Azərbaycan-Avropa Birliyi münasibətləri və Avropa Qonşuluq Siyasəti çərçivəsində götürülən öhdəliklərin icrası haqqında fikir mübadiləsi aparılıb. Görüşdə Belçikanın Azərbaycandakı səfiri Filip Jottar, Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin Qonşuluq siyasəti - əməliyyatlar bölməsinin rəhbəri, müşavir Jan-Lui Lavrof və Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi elçisinin siyasi məsləhətçisi Kler Delessar da iştirak edib.

P. Semnebi bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbərlə də görüş keçirib. AXCP sədri Əli Kərimli isə dəvət edilsə də, məlum olmayan səbəblərə görə AB təmsilçisi ilə görüşə qatılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR