Bank Of Baku

Azərbaycanın bir qrup müxalifət partiyası sabah Konstitusiya Məhkəməsinin qarşısında piket keçirmək barədə qərar qəbul edib

Azərbaycanın bir qrup müxalifət partiyası sabah Konstitusiya Məhkəməsinin qarşısında piket keçirmək barədə qərar qəbul edib
# 23 dekabr 2008 14:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanın bir qrup müxalifət partiyası sabah Konstitusiya Məhkəməsinin binası qarşısında şəhər rəhbərliyi ilə razılaşdırılmamış piket keçirmək barədə qərar qəbul edib. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, aksiyanın saat 12.00-da başlanması nəzərdə tutulub. Onun sözlərinə görə, aksiya zamanı Konstitusiyaya Yeni Azərbaycan Partiyası tərəfindən təklif edilmiş dəyişikliklərin qəbul olunmaması tələb ediləcək.

A. Hacılı bildirib ki, aksiyanın icazəsiz keçirilməsinə səbəb Bakı şəhər İcra Hakimiyyətinin aksiya ilə bağlı müraciət məktubunu qəbul etməməsidir: “Bu bir fors-major aksiya oldu. Ona görə də qanunda nəzərdə tutulduğu kimi 5 gün əvvəldən şəhər rəhbərliyinə müraciət etmək imkanı yox idi. Buna baxmayaraq, icra hakimiyyəti bizim müraciəti qəbul edib rəsmi qaydada cavab verməli idi”.

A. Hacılı aksiyanın Müsavat, AXCP və digər müxalifət partiyaları tərəfindən keçiriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR