Bank Of Baku

Azərbaycanda bəzi müxalifət liderləri və hüquq müdafiəçiləri Konstitusiya Məhkəməsinin hakimlərinə müraciət ediblər

Azərbaycanda bəzi müxalifət liderləri və hüquq müdafiəçiləri Konstitusiya Məhkəməsinin hakimlərinə müraciət ediblər
# 23 dekabr 2008 14:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycanda fəaliyyət göstərən bəzi müxalifət partiyalarının rəhbərləri və hüquq müdafiəçiləri Konstitusiya Məhkəməsinin hakimlərinə müraciət ediblər. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətindən APA-ya daxil olan müraciətdə hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Konstitusiya dəyişikliklərinin ölkədə demokratikləşməyə xidmət etmədiyi bildirilib. Müraciət müəllifləri ciddi problemlərin yaşanmadığı və bu cür dəyişikliklərə zərurət olmadığı bir məqamda belə təkliflərin irəli sürülməsinin siyasi maraqlara xidmət etdiyi qənaəti yaratdığını vurğulayıblar. Müraciət müəllifləri hakimlərdən bu təklifləri Konstitusiyaya zidd hesab etmələrini və mənfi rəy vermələrini xahiş ediblər.

Müraciəti AXCP sədri Əli Kərimli, ALP lideri Lalə Şövkət, VİP sədri Əli Əliyev, Müsavat başqanı İsa Qəmbər, “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov, ADP sədri Sərdar Cəlaloğlu, Azərbaycan Hüquqçular Assosiasiyasının sədri Ənnağı Hacıbəyli, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı və Leyla Yunus imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR