Bank Of Baku

Arif Hacılı: “Bakı Şəhər İcra Hakimiyyəti nə yazılı, nə də şifahi müraciətimizə cavab verir”

Arif Hacılı: “Bakı Şəhər İcra Hakimiyyəti nə yazılı, nə də şifahi müraciətimizə cavab verir”
# 23 dekabr 2008 15:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müxalifət partiyalarının sabah Konstitusiya Məhkəməsinin binası qarşısında piket keçirməklə bağlı müraciətinə Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) heç bir cavab verməyib. Müsavat Partiyası Mərkəzi İcra Aparatının sədri Arif Hacılının sözlərinə görə, onlar şəhər rəhbərliyinə həm yazılı, həm də şifahi müraciət ediblər. O, günün ikinci yarısında BŞİH-nin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanovla əlaqə saxladığını qeyd edib: “Mən şəhər rəhbərliyinə aksiya ilə bağlı müraciətin gec edilməsinin səbəblərini izah etdim və bildirdim ki, bu “fors-major” situasiya olduğundan qanunda nəzərdə tutulduğu kimi, 5 gün əvvəldən müraciət etmək mümkün deyil. Ona görə də bu məqamın nəzərə alınmasını təklif etdim. O isə aksiya ilə bağlı bu gün bizə cavab veriləcəyini dedi”.

A. Hacılı bu vaxta qədər şəhər rəhbərliyindən heç bir rəsmi və ya qeyri-rəsmi cavab almadıqlarını qeyd edib.

Buna baxmayaraq, o, təyin olunmuş aksiyanın keçiriləcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR