Bank Of Baku

Azərbaycan prezidenti lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb
# 23 dekabr 2008 16:19 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev şəhər və rayon mərkəzlərində olan binalarda lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sərəncama əsasən, şəhər və rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədi ilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpa edilməsi üçün 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10,0 (on) milyon manat məbləğində vəsait ayrılması nəzərə tutulur.

Nəzərdə tutulmuş vəsaiti maliyyələşdirmək Maliyyə Nazirliyinə, müvafiq qaydada alınmış yeni liftlərin şəhər və rayonlar arasında bölgüsünü təsdiq etmək isə Nazirlər Kabinetinə tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR