Bank Of Baku

Ziyafət Əsgərov: “Son sözü xalq deyəcək”

Ziyafət Əsgərov: “Son sözü xalq deyəcək”
# 23 dekabr 2008 17:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər ümumilikdə 28 maddəni əhatə edir. Bu əlavə və dəyişikliklərin məqsədi Azərbaycanda hüquq dövlət quruculuğunun möhkəmlənməsidir. Lakin müxalifət bu maddələrdən yalnız biri üzərində dayanır, digər maddələrə isə əhəmiyyət vermir”. APA-nın məlumatına görə, bu sözləri Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov deyib. Əlavə və dəyişikliklərdə dövlətin mahiyyətinin əks olunduğunu qeyd edən Z. Əsgərov digər maddələrdə nəzərdə tutulan məsələlərə də toxunub: “Burada söhbət Azərbaycanın sosialyönümlü dövlət olmasından, uşaq hüquqlarından, bələdiyyələrin səlahiyyətlərindən, hətta vətəndaşlığı olmayan şəxslərin haqlarının qorunmasından və digər vacib məsələlərdən gedir. Müxalifətin təkliflərlə bağlı izahatları isə məntiqsiz və yersizdir”.

Z. Əsgərov məsələnin ən yüksək seçimdə - xalq tərəfindən referendumda həll olunacağını deyib, bunu Azərbaycanda dövlətin mənbəyinin xalq olmasının daha bir subutu adlandırıb: “Bütün hallarda son sözü xalq deyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR