Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub

Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub
# 24 dekabr 2008 07:53 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 23-də saat 21.30-dan 21.55-dək Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 14.50-dən 15.15-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 20.30-dan 20.45-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, dekabrın 24-də saat 03.30-dan 03.45-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR