Bank Of Baku

Əli Həsənov: “Hər kəsin Konstitusiya dəyişikliklərini dəstəkləmək və ya buna etiraz etmək hüququ var”

Əli Həsənov: “Hər kəsin Konstitusiya dəyişikliklərini dəstəkləmək və ya buna etiraz etmək hüququ var”
# 24 dekabr 2008 08:43 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu sözləri Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin qəbuluna etiraz edən müxalifət partiyalarının bu günə planlaşdırdıqları aksiyaya münasibət bildirərkən deyib.

Şöbə müdiri bildirib ki, cəmiyyətdə nə qədər siyasi partiya varsa, bir o qədər də fərqli fikir var: “Konstitusiya islahatları ilə bağlı ictimai təşəbbüs olub. Bir qrup deputat tərəfindən təşəbbüs irəli sürülüb və dəstəklənib. Bu dəyişikliklərin Azərbaycana lazım olub-olmadığını xalq müəyyən edəcək. Hər kəsin bu dəyişikliyi dəstəkləmək və ya buna etiraz etmək hüququ var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR