Bank Of Baku

“İrəli” İctimai Birliyinin təsis konfransı keçirilib

“İrəli” İctimai Birliyinin təsis konfransı keçirilib
# 24 dekabr 2008 09:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu gün “İrəli” İctimai Birliyinin təsis konfransı keçirilib. APA-nın xəbərinə görə, konfransda Birliyin Təşkilat Komitəsinin sədri Könül Nurullayeva çıxış edərək bildirib ki, 30 rayonda təşəbbüs qrupu yaradılıb, konfransa 380 nümayəndə seçilib. Onlardan 355-i tədbirdə iştirak edir.

Konfransda iştirak edən gənclər və idman naziri Azad Rəhimov çıxışında “İrəli” təşkilatının Azərbaycana yenilik gətirdiyini deyib: “İnanıram ki, yeni təşkilat Azərbaycanın inkişafı üçün bütün qüvvəsini səfərbər edəcək”.

Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə deyib ki, ictimai birlik ictimai əhəmiyyətli işlə məşğul olmalıdır. Şöbə müdiri qeyd edib ki, Azərbaycanda gənclərin təşkilatlanmasında olan boşluğu “İrəli” doldurub. Ə. Həsənov eyni zamanda dövlətin təşkilata istənilən dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.

Konfransda Ceyhun Osmanlı “İrəli” İctimai Birliyinin sədri seçilib. Qurumun Nəzarət Təftiş Komissiyası formalaşdırılıb.

Qeyd edək ki, “İrəli” Ümumrespublika Gənclər Təşkilatının buraxılması, eyni adlı Gənclər Birliyinin elan olunması barədə qərar bu il dekabrın 9-da qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR