Bank Of Baku

Azərbaycan Konstitusiya Məhkəməsi Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı müşavirəyə gedib

Azərbaycan Konstitusiya Məhkəməsi Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı müşavirəyə gedib
# 24 dekabr 2008 09:31 (UTC +04:00)
APA-nın xəbərinə görə, Plenumda Konstitusiya Məhkəməsinin hakimi Fikrət Babayev məruzə ilə çıxış edib. Məruzəçi akt barədə danışaraq deyib ki, Azərbaycan Konstitusiyası 1995-də qəbul edilib, Azərbaycanda gedən siyasi-iqtisadi inkişaf nəticəsində yaranan zərurətə uyğun olaraq 2002-ci ildə Konstitusiyaya dəyişiklik edilib. Son illər ölkədə sürətli inkişaf baş verdiyini, demokratiyanın inkişaf etdiyini qeyd edən F. Babayevin sözlərinə görə, bütün bunlar Konstitusiyanın daha da təkmilləşdirilməsi zərurətini ortaya çıxarıb. Hakim Milli Məclisdə Konstitusiya islahatları ilə bağlı təşəbbüs irəli sürüldüyünü, bununla bağlı müzakirələr aparıldığını da nəzərə çatdıraraq, təklif edilən dəyişikliklərin mühüm olduğunu qeyd edib.

Digər məruzəçi hakim Eldar Məmmədov isə deyib ki, Azərbaycan xalqı öz hüququnu, mənafelərini referendumla həll edə bilər. Hakim layihədə təklif edilən əlavə və dəyişikliklərin Konstitusiyanın 28 maddəsinə aid olduğunu, 41 dəyişikliyin nəzərdə tutulduğunu deyib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov da plenumda çıxış edib. O, Konstitusiyaya əlavə və düzəlişlərlə bağlı Mili Məclisin deputatları tərəfindən təklif səsləndiyini, bu təkliflərin parlamentin iki komissiyasının birgə iclasında müzakirə olunduğunu, Konstitusiyanın 153-cü maddəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinə göndərildiyini deyib: “Bəzi opponentlərimizin iddia etdiyi kimi, bu, insan haqlarının məhdudlaşdırılması yox, əksinə onun daha yüksək səviyyədə qorunması deməkdir”.

Ə. Hüseynov Konstitusiya Məhkəməsi sədrinin və hakimlərin suallarını cavablandırandan sonra hakimlər müşavirəyə gedib.

Qeyd edək ki, Milli Məclis dekabrın 19-da “Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin rəy verilmək üçün Konstitusiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR