Bank Of Baku

Müxalifət partiyalarının Konstitusiya Məhkəməsi qarşısında aksiya keçirmək cəhdi baş tutmayıb

Müxalifət partiyalarının Konstitusiya Məhkəməsi qarşısında aksiya keçirmək cəhdi baş tutmayıb
# 24 dekabr 2008 09:36 (UTC +04:00)
APA-nın məlumatına görə, müxtəlif şüarlar səsləndirən müxalifət nümayəndələri “Nizami” heykəlinin qarşısından keçərək Konstitusiya Məhkəməsinə doğru irəliləməyə çalışıblar. Polis aksiyanın qarşısını alıb, iştirakçılardan 9-u saxlanaraq Səbayel rayon Polis İdarəsinin 39-cu polis bölməsinə aparılıblar. Hazırda saxlanan şəxslərin azadlığa buraxılması üçün Müsavat Partiyasından olan millət vəkilləri Arzu Səmədbəyli və İkram İsmayıl danışıqlar aparırlar.

Qeyd edək ki, bir qrup müxalifət partiyası Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında referendum aktı layihəsinə etiraz məqsədilə Konstitusiya Məhkəməsi qarşısında aksiya keçirəcəyini bəyan etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR