Bank Of Baku

Azərbaycan Konstitusiya Məhkəməsi Konstitusiya dəyişikliklərinə müsbət rəy verib - YENİLƏNİB

Azərbaycan Konstitusiya Məhkəməsi Konstitusiya dəyişikliklərinə müsbət rəy verib - <font color=red>YENİLƏNİB</font>
# 24 dekabr 2008 10:47 (UTC +04:00)
APA-nın xəbərinə görə, müşavirədən sonra Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev layihəyə müsbət rəy verildiyini elan edib.
F. Abdullayev deyib ki, Milli Məclis Konstitusiya hüququndan istifadə edərək, bu il dekabrın 19-da “Konstitusiyaya əlavə və dəyişiklik edilməsi haqqında” Referendum Aktı layihəsinə rəy alınması üçün Konstitusiya Məhkəməsinə göndərilməsinə qərar verib: “Milli Məclis tərəfindən təqdim olunan referendum aktı layihəsində 29 maddədə 41 dəyişiklik təklif olunur. Bu dəyişikliklərdən 17-si maddələrə yeni hissələrin və bəndlərin əlavə edilməsi, 7-si maddələrdə sözlərin əlavə edilməsi, 7-si maddələrdə yeni söz və sözlərin əlavə edilməsi, 6-sı maddələrdə yeni cümlələrin əlavə edilməsi, 2-si maddənin yeni redaksiyada verilməsi, 1-i maddənin adının dəyişdirilməsi, 1-i isə maddədən sözün çıxarılması ilə bağlıdır. “Konstitusiya Məhkəməsi haqqında” qanunun 61.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsi təklif olunan dəyişikliklərin Azərbaycan Konstitusiyasının 155-ci maddəsinin tələblərinə uyğunluğu haqqında əsaslandırılmış rəy qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Konstitusiyaya təklif olunan əlavə dəyişiklər hüquqi cəhətdən Konstitusiyanın bir çox normalarını təkmilləşdirmək məqsədi daşımaqla, əsasən, dövlətin sosial yönümlülüyünün artırılmasına, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiə və təmin olunmasına, ali dövlət hakimiyyəti orqanlarının, habelə məhkəmə hakimiyyəti orqanlarının işinin təkmilləşdirilməsinə istiqamətləndirilib. Dəyişikliklər arasında Azərbaycan Konstitusiyasının 19-cu və 109-cu maddəsində “milli” sözünün “mərkəzi” sözü ilə əvəz edilməsinə dair təklif bir qədər genişləndirilərək onun 95-ci maddədə əks etdirilməsini məqsədəmüvafiq sayırıq. Konstitusiya Məhkəməsi hesab edir ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişiklik xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan Konstitusiyasının ümumi müddəalarına ziddiyyət yaratmadığından və 155-ci maddənin tələblərinə uyğun olduğundan ümumxalq səsverməsinə (referenduma) çıxarıla bilər. Qərar dərc edildiyi gündən qüvvəyə minir. Qərar qətidir, heç bir orqan və şəxs tərəfindən ləğv edilə, dəyişdirilə bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR