Bank Of Baku

Yeni Azərbaycan Partiyası “2008-ci il prezident seçkiləri: inkişafın yeni perspektivləri” mövzusunda konfransı keçirib

Yeni Azərbaycan Partiyası “2008-ci il prezident seçkiləri: inkişafın yeni perspektivləri” mövzusunda konfransı keçirib
# 24 dekabr 2008 12:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Bu gün Yeni Azərbaycan Partiyası “2008-ci il prezident seçkiləri: inkişafın yeni perspektivləri” mövzusunda konfransı keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən YAP-ın icraçı katibi Əli Əhmədov prezident seçkilərində hazırkı dövlət başçısı İlham Əliyevin səs çoxluğu ilə qələbə qazanmasını ilin ən mühüm hadisəsi kimi xarakterizə edib. Ə. Əhmədov ölkədə həyata keçirilən iqtisadi proqramlar, həmçinin demokratik cəmiyyətin qurulması istiqamətində görülən tədbirlərdən danışıb.

Milli Məclisin deputatı Şəmsəddin Hacıyev isə Azərbaycanın iqtisadi siyasəti, reallaşdırılan layihələr barədə danışaraq qeyd edib ki, İ. Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan dünyada hökm sürən qlobal maliyyə böhranından qoruna bilib: “Bu gün dövlət başçısı infrastruktur layihələrini, İKT, qeyri-neft sektorunun inkişafını əsas prioritet elan edib. Biz növbəti illərdə bu layihələrin, proqramların nəticələrini görəcəyik”.

Təhsil naziri Misir Mərdanov isə hazırda Azərbaycanın təhsil sektorunda dövlət başçısı tərəfindən təsdiq edilmiş 14 proqramın həyata keçirildiyini vurğulayıb. Təhsil sektorunda son 5 ildə böyük dəyişikliklərin baş verdiyini deyən nazir dövlət başçısının bu sektoru şəxsən diqqət mərkəzində saxladığını qeyd edib.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İ. Əliyevin İKT sektorunu dövlətin prioritet sahələrdən elan etdiyini vurğulayıb. Son 5 ildə bu sektorda 33-35 faizlik artımın olduğunu deyən nazir yaxın gələcəkdə Azərbaycanda müasir texnologiyalara əsaslanan İKT sənayesinin qurulacağını bildirib. Ə. Abbasov bu yaxınlarda Azərbaycan prezidenti tərəfindən kosmik sənayenin yaradılması haqqında imzalanmış sərəncamın ölkə iqtisadiyyatında yeni bir sahənin yaranmasına təkan verdiyini qeyd edib.

Daha sonra çıxış edən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov, Milli Məclisin komissiya sədri Səməd Seyidov İ. Əliyevin hakimiyyətdə olduğu son 5 ildə ölkə əhalisinin sosial müdafiəsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi sahəsində görülən işlərdən danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR