Bank Of Baku

“Böyük siyasətin davamı” kitabının təqdimatı olub

“Böyük siyasətin davamı” kitabının təqdimatı olub
# 24 dekabr 2008 12:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Dövlət İqtisad Universitetində Milli Məclisin üzvü, professor Xanhüseyn Kazımlının müəllifi olduğu “Böyük siyasətin davamı” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, parlamentin Elm və təhsil məsələləri komissiyasının sədri Şəmsəddin Hacıyev bildirib ki, prezident İlham Əliyevin ad günü münasibətilə hazırlanan beş cildli kitab son 5 ildə Azərbaycanda həyata keçirilən siyasəti əks etdirir: “Böyük siyasətin tarixi 35 ilə yaxındır. Ümummilli lider Heydər Əliyev tərəfindən başlanan bu siyasət 90-cı illərin əvvəlindən tamamilə yeni mərhələyə qədəm qoydu. Prezident İlham Əliyev isə sübut etdi ki, böyük siyasətin uğurlu davamçısıdır. Böyük siyasət davam edir. O, hələ yalnız birinci mərhələsini bitirib”.

MM-in İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə isə bildirib ki, son illər Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ başlayıb: “Məhz bu uğurlu siyasətin nəticəsində Azərbaycan iqtisadi inkişafa görə dünyada lider ölkədir”. Z. Səmədzadənin sözlərinə görə, Azərbaycan Dünya Bankının hesablamalarına əsasən ən islahatçı ölkə hesab edilir: “Məhz bu siyasətin nəticəsində Azərbaycanda iri miqyaslı transmilli layihələr həyata keçirilir və ölkə dünyada tüğyan edən qlobal böhrandan kənarda qalır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR