Bank Of Baku

Azərbaycanın müxalifət partiyası doğum günü münasibətilə prezident İlham Əliyevə təbrik məktubu göndərib

Azərbaycanın müxalifət partiyası doğum günü münasibətilə prezident İlham Əliyevə təbrik məktubu göndərib
# 24 dekabr 2008 13:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Demokrat Partiyası (ADP) doğum günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ADP sədri Sərdar Cəlaloğlunun adından göndərilən məktubda prezident təbrik edilir, ona can sağlığı və ailə xoşbəxtliyi arzulanır. S. Cəlaloğlu məktubda prezidentin Konstitusiyada nəzərdə tutulan səlahiyyətlərini ardıcıl olaraq həyata keçirəcəyinə ümid etdiyini deyib: “Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, ölkəmizin demokratik dünyaya daha sıx inteqrasiyası, xalqımızın sosial iqtisadi vəziyyətinin yaxşılaşması, demokratik siyasi islahatların həyata keçirilməsi və vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunması üçün yeni prezidentlik dönəminin verdiyi imkanlardan maksimum istifadə edəcəksiniz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR