Bank Of Baku

Azərbaycan prezidenti “İnter Qlass” ASC-nin Şüşə Məmulatları Zavodunun açılış mərasiminə qatılıb

Azərbaycan prezidenti “İnter Qlass” ASC-nin Şüşə Məmulatları Zavodunun açılış mərasiminə qatılıb
# 24 dekabr 2008 15:01 (UTC +04:00)
Bakı - APA. Dekabrın 24-də paytaxtın Qaradağ rayonu ərazisində “İnter Qlass” Açıq Səhmdar Cəmiyyətinin Şüşə Məmulatları Zavodu istifadəyə verilib. Azərbaycan prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı zavodun baş planı ilə tanış olub. Məlumat verilib ki, 2004-cü ilin aprelində İqtisadi İnkişaf Nazirliyi tərəfindən “Qaradağ Rezin Qarışığı” ASC-nin səhmlərinin satışı üzrə keçirilən müsabiqədə “Xəzər Menecment Sistem” MMC qalib gəlib. Müəssisəyə 52 milyon ABŞ dolları sərmayə qoyulub. Bu layihə “Azərbaycan Beynəlxalq Bankı”nın dəstəyi ilə həyata keçirilib.

İtaliyadan gətirilmiş ən müasir avadanlığın quraşdırıldığı müəssisə ildə 100 milyon ədəd şüşə məmulatları istehsal etməyə qadirdir. Hazırda 250 işçinin çalışdığı zavodda sutkada 270 min ədəd şüşə məmulatının buraxılması nəzərdə tutulub. Əsas xammal Gəncə və Qazaxdan, habelə Ukrayna və Rusiyadan gətirilir. Daxili tələbat ödənildikdən sonra məhsul Rusiya və Gürcüstana da ixrac olunacaq.

Prezident İ. Əliyev müəssisənin idarəetmə mərkəzi, istehsal sahələri ilə tanış olub, istehsal prosesini, hazır məhsulun qablaşdırılması prosesini izləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR