Bank Of Baku

Bir neçə dövlətin başçısı Azərbaycan prezidentini doğum günü münasibətilə təbrik edib

Bir neçə dövlətin başçısı Azərbaycan prezidentini doğum günü münasibətilə təbrik edib
# 24 dekabr 2008 17:06 (UTC +04:00)
Bakı-APA. Bu gün bir neçə dövlətin başçısı Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. APA-nın president.az saytına istinadən verdiyi məlumata görə, Azərbaycan prezidentini təbrik edənlər arasında Polşa prezidenti Lex Kaçinski, Rusiya prezidenti Dmitri Medvedev, Belarus prezidenti Aleksandr Lukaşenko,
Sverdlovsk vilayətinin qubernatoru Eduard Rossel var.

Təbrik məktublarında prezidentə uzun ömür, cansağlığı və uğurlar arzulanıb.
Ölkə başçısının həyata keçirdiyi islahatlar dəstəklənib. Azərbaycanın iqtisadiyyatda qazandığı mühüm uğurların, sosial sahədə dəyişikliklərin ciddi nəticələrinin prezidentə layiq olduğu ümummilli dəstəyi və etimadı təmin etdiyi vurğulanıb. Dövlət başçısı vəzifəsinə bu yaxınlarda keçirilmiş seçkilərdə qazandığı inamlı qələbənin İlham Əliyevin məsuliyyətli və nüfuzlu siyasətçi, öz xalqının tanınmış lideri reputasiyanı bir daha təsdiq etdiyi qeyd olunub.
Rusiya prezidenti Dmitri Medvedev və Viktor Yuşşenko Azərbaycan prezidentinə zəng ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR