Bank Of Baku

Müxalifət Konstitusiya dəyişikliklərinə etiraz olaraq aksiyaları davam etdirmək niyyətindədir

Müxalifət Konstitusiya dəyişikliklərinə etiraz olaraq aksiyaları davam etdirmək niyyətindədir
# 25 dekabr 2008 09:02 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müxalifət partiyaları Konstitusiya dəyişikliklərinə etiraz olaraq kütləvi aksiyalar keçirmək üçün müzakirələr aparır. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, hazırda aksiyaların yeri və vaxtı ətrafında fikir mübadiləsi aparılır. Onun sözlərinə görə, hələlik konkret qərar qəbul edilməsə də, aksiyaların davam etdirilməsinin vacibliyi qərara alınıb: “Əgər ölkədə referendum keçiriləcəksə və bu barədə Milli Məclisdə də müsbət qərar qəbul olunacaqsa, o zaman şübhəsiz ki, davamlı aksiyaların keçirilməsinə zərurət yaranacaq”.

Qeyd edək ki, Konstitusiyaya edilən dəyişikliklərə etiraz olaraq dünən bir qrup müxalifət partiyası Konstitusiya Məhkəməsinin binası qarşısında aksiya keçirməyə cəhd göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR