Bank Of Baku

Yeni ictimai birlik yaradılır

Yeni ictimai birlik yaradılır
# 25 dekabr 2008 09:50 (UTC +04:00)
Bakı – APA. “Respublikaçı Alternativ” (REAL) adlı ictimai birliyin təşəbbüs qrupu yaradılıb. Təşəbbüs qrupundan APA-ya verilən məlumata görə, birliyin yaradılmasında əsas məqsəd respublikaçılıq ideallarının fəal təbliğatını aparmaqdır: “Ölkəmizi geriyə aparan rəqabətsizliyin bir effektiv alternativi varsa, o da real respublikadır. 1918-ci ildə indikindən daha çətin bir şəraitdə inandıqları dəyərlərə sədaqəti cəsarətlə qoruyub saxlaya bilən Azərbaycan Xalq Cümhuriyyətinin baniləri respublikaçılıq ideallarını gələcək nəsillərə miras qoydular. Bu mirasdan imtina etməyə biz azərbaycanlıların mənəvi haqqı yoxdur”.

Qeyd edək ki, təşəbbüs qrupunda İlqar Məmmədov, Erkin Qədirli, Natiq Cəfərli, Şahin Abbasov, Emin Hüseynov və Aytən Qəhrəmanova təmsil olunur. İctimai birliyin təqdimatının 2009-cu il yanvarın 23-də Gəncə şəhərində keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR