Bank Of Baku

Bakıda “Cənubi Qafqaz: 2008-ci ilin geosiyasi yekunları” mövzusunda mətbuat konfransı keçirilib

Bakıda “Cənubi Qafqaz: 2008-ci ilin geosiyasi yekunları” mövzusunda mətbuat konfransı keçirilib
# 25 dekabr 2008 11:41 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün Bakıda “Cənubi Qafqaz: 2008-ci ilin geosiyasi yekunları” mövzusunda mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, mətbuat konfransında “RİA Novosti” agentliyinin baş direktor müavini Aleksandr Babinski, agentliyin “MDB və Baltik ölkələri” direktorluğunun baş direktoru Alan Kasayev, Sosial Tədqiqatlar Fondunun prezidenti Rəşad Rzaquliyev və politoloq Rasim Musabəyov iştirak ediblər. Ekspert və politoloqlar ötən il ərzində Cənubi Qafqaz regionunda baş verən prosesləri təhlil edib, Gürcüstanda baş verən hadisələrin regiona mövcud təsirini dəyərləndiriblər. Politoloq Rasim Musabəyov bildirib ki, 2008-ci ildə qlobal geosiyasi dəyişikliklər baş verməyib. O, Cənubi Qafqaz regionunun rəqabət sahəsi olaraq qaldığını, burada maraqlar mübarizəsi aparan qüvvələr balansının tam müəyyənləşmədiyini bildirib. O, ümumilikdə 2008-ci ili Azərbaycan üçün uğurlu il adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR