Bank Of Baku

Vladimir Jirinovskinin Azərbaycana səfəri təxirə salınıb

Vladimir Jirinovskinin Azərbaycana səfəri təxirə salınıb
# 25 dekabr 2008 14:22 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Rusiya Liberal Demokrat Partiyasının sədri, Rusiya parlamentini vitse-spikeri Vladimir Jirinovskinin 2009-cu ilin yanvarında Bakıya planlaşdırılan səfəri təxirə salınıb. Bu barədə APA-ya Azərbaycan Liberal Demokrat Partiyasından (ALDP) məlumat verilib. V. Jirinovski ALDP-yə göndərdiyi məktubda bildirib ki, partiyanın 10 illik yubileyi ərəfəsində başqa tədbirə qatılacağı üçün Azərbaycana gələ bilməyəcək. Buna baxmayaraq, Türkiyə, Avstriya, Ukrayna, Belarus və Böyük Britaniya liberal demokratları ALDP-nin yanvarın 30-na planlaşdırdığı yubiley tədbirində iştirak edəcəklərini bildirib.

ALDP-dən onu da bildiriblər ki, partiya qərargahla təmin olunub. Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi Nizami rayonu ərazisində keçmiş Pensiya Fondunun yerləşdiyi binada qərargahın ayrılması ilə bağlı partiyanın komitəyə etdiyi müraciətinə müsbət cavab verib. Gələn həftə komitə ilə partiya arasında icarə müqaviləsi imzalanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR