Bank Of Baku

AMİP-in qurultayı gələn ilin əvvəllərində keçiriləcək

AMİP-in qurultayı gələn ilin əvvəllərində keçiriləcək
# 26 dekabr 2008 09:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurultayı 2009-cu ilin ilk aylarında keçiriləcək. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, qurultayı bu ilin sonuna kimi keçirməyi düşünsələr də, buna nail ola bilməyiblər. Ə. Orucov bildirib ki, partiya qurultaya tam hazırdır, bütün rayon təşkilatlarından nümayəndələr seçilib. O, ali toplantının keçirilməsinə yalnız yer probleminin mane olduğunu qeyd edib. O, qurultayın vaxtının müəyyənləşməsindən sonra partiya sədrliyinə namizədlərin irəli sürüləcəyini bildirib: “Ötən dəfə qurultayın vaxtı təyin olunan zaman bəzi şəxslər namizədliyini irəli sürüb müəyyən qədər təbliğat aparmışdılar. Yəqin ki, bu prosesi yenidən həyata keçirmək lazımi olacaq”. Ə. Orucov partiyanın qurultayının keçirilməsi üçün hakimiyyətin yer ayıracağına ümid etdiklərini vurğulayıb. Qeyd edək ki, AMİP sədri Ayaz Rüstəmov 2007-ci ilin dekabrında öz vəzifəsindən istefa veriB və həmin vaxtdan partiya sədrsiz fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR