Bank Of Baku

İsa Qəmbər ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

İsa Qəmbər ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri ilə görüşüb
# 26 dekabr 2008 11:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyasının başqanı İsa Qəmbər ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) Bakı nümayəndəliyinin rəhbəri Cek Consla görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi durum, demokratiya, insan haqları və söz azadlığı ilə bağlı müzakirələr aparılıb. Azərbaycan Konstitusiyasına edilməsi nəzərdə tutulan dəyişikliklər də müzakirə predmeti olub. Görüşdə həmçinin Müsavat Partiyası ilə BRİ arasında 2009-cu il üçün əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR