Bank Of Baku

Azərbaycan Milli Məclisi Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Aktın referenduma çıxarılması barədə qərar qəbul edib

Azərbaycan Milli Məclisi Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Aktın referenduma çıxarılması barədə qərar qəbul edib
# 26 dekabr 2008 14:07 (UTC +04:00)
APA-nın xəbərinə görə, müxalifətdən olan millət vəkili Pənah Hüseyn çıxışında deyib ki, Konstitusiyaya edilən əlavə və düzəlişlərin hamısı yalnız bir məsələyə - bir şəxsin iki dəfədən artıq prezident seçilməsinin məhdudlaşdıran maddənin aradan qaldırılmasına yönəlib. O qeyd edib ki, bu məsələ dövlətin strateji maraqlarına ziddir.

Millət vəkili Siyavuş Novruzov isə bildirib ki, Konstitusiyanın 101-ci maddəsinə təklif edilən əlavə və dəyişikliklərlə bağlı səslənən tənqidi fikirlərin hamısı siyasi demaqogiyadır. Daha sonra digər millət vəkilləri çıxış etmək istəsələr də, spiker Referendum Aktı layihəsinin referenduma çıxarılıb-çıxarılmamasına dair məsələni səsə qoyub. Milli Məclis üzvlərinin 100-ü lehinə, 7-si əleyhinə, 1-i bitərəf olmaqla, layihənin referenduma çıxarılmasına qərar verilib.

Qeyd edək ki, Mili Məclisin qərarına əsasən, referendum 2009-cu il martın 18-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR