Bank Of Baku

AMDP 15 illik yubileyi münasibəti ilə tədbir keçirib

AMDP 15 illik yubileyi münasibəti ilə tədbir keçirib
# 26 dekabr 2008 14:41 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Milli Demokrat Partiyası (AMDP) 15 illik yubileyi münasibəti ilə tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə partiya üzvləri və AMDP-nin müttəfiqi olan partiyaların rəhbərləri iştirak edib. AMDP sədri Tufan Kərim tədbirdə çıxış edərək partiyanın fəaliyyəti, keçdiyi tarixlə bağlı məlumat verib. Onun sözlərinə görə, AMDP 1995-ci ildən qeydiyyatsız fəaliyyət göstərib və bu, müəyyən problemlər yaradıb. T. Kərim bir neçə gün əvvəl partiyanın dövlət qeydiyyatına alınmasını müsbət hadisə adlandırıb. O həmçinin, ötən müddət ərzində partiyanın yalnız görüntü üçün fəaliyyət göstərdiyini qeyd edib: “Biz partiyanın fəaliyyətində son bir neçə ayda əhəmiyyətli dəyişiklik etmişik. Görüntü üçün yox, konkret məqsədlər, ortaya nəticə qoymaq üçün fəaliyyət göstəririk”. Tədbirdə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd oruc çıxış edib, AMDP üzvlərini yubiley münasibəti ilə təbrik ediblər. Qeyd edək ki, AMDP 1993-cü ildə təsis edilib, partiyanın ilk sədri Bəxtiyar Əliyev olub. 1995-ci ildən 2008-ci ilin aprelinə kimi partiyaya İsgəndər Həmidov, ondan sonra isə Tufan Kərim sədrlik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR