Bank Of Baku

Milli Məclis Hesablama Palatası sədrinin müavini və auditorlarını təsdiqləyib

Milli Məclis Hesablama Palatası sədrinin müavini və auditorlarını təsdiqləyib
# 26 dekabr 2008 16:24 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin bugünkü iclasında Hesablama Palatasının auditorlarının təyin edilməsi haqqında parlamentin qərar layihəsi müzakirə edilib. APA-nın məlumatına görə, qərar layihəsi haqqında parlamentin İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə məlumat verib. O, Adil Məhərrəmovun Hesablama Palatası sədrinin müavini, Cəfər Həsənov, Vaqif Həsənov və Nazim Həsənovun isə qurumun növbəti müddətə auditorları təsdiq edilməsinin təklif olunduğunu bildirib. Müzakirələrdən sonra qərar layihəsi təsdiqlənib. İclasda, həmçinin Milli Məclisin fəxri medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında parlamentin qərar layihəsi də müzakirə edilərək qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR