Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev Zooloji parkın yaradılması haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev Zooloji parkın yaradılması haqqında sərəncam imzalayıb
# 26 dekabr 2008 17:05 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Zooloji parkın yaradılması haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, sərəncamda göstərilib ki,
Azərbaycan təbiəti haqqında ictimaiyyətin məlumatlandırılması, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan fauna növlərinin bərpası və reintroduksiyasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti qanunvericiliyə uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində qeyri-kommersiya hüquqi şəxsi statusuna malik zooloji parkın yaradılmasını təmin edəcək.

Parkın ərazisində zəruri tədqiqat işlərinin aparılması, zooloji parkın dizayn, tikinti və inkişaf planı layihələrinin hazırlanması məqsədi ilə 2008-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan 2,85 milyon manat məbləğində vəsait ayrılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR