Bank Of Baku

MSK katibi: “Referendumun keçirilməsi üçün MSK-nın fəaliyyət istiqamətlərində bəzi təkmilləşdirmələr aparılacaq”

MSK katibi: “Referendumun keçirilməsi üçün MSK-nın fəaliyyət istiqamətlərində bəzi təkmilləşdirmələr aparılacaq”
# 27 dekabr 2008 08:56 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Mərkəzi Seçki Komissiyası Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı keçiriləcək referendum üçün üzərinə düşən bütün işləri görəcək”. Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov APA-ya deyib ki, MSK 2009-cu il martın 18-də keçiriləcək referendumun beynəlxalq standartlara cavab verməsi üçün öz üzərinə düşən işi yerinə yetirməyə çalışacaq: “MSK seçkilərin keçirilməsində istər beynəlxalq qurumların prosesə cəlb edilməsi, istər normativ bazanın yaradılması, istərsə də seçicilərin maarifləndirilməsi və digər istiqamətlərdə gördüyü işini referendumda da əvvəlki qaydada aparacaq. Mətbuatın da bu prosesdə iştirakı təmin ediləcək”.

MSK katibinin sözlərinə görə, referendumun keçirilməsində qurumun fəaliyyət istiqamətlərində bəzi təkmilləşdirmələr də aparılacağı nəzərdə tutulub. N. Məmmədov bildirib ki, referendumun keçirilməsi ilə bağlı bu və ya digər məsələlər MSK-nın bu günlərdə keçiriləcək toplantısında müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR