Bank Of Baku

Sülhəddin Əkbər: “İndidən referendumun boykot olunub-olunmayacağı barədə konkret fikir bildirmək çətindir”

Sülhəddin Əkbər: “İndidən referendumun boykot olunub-olunmayacağı barədə konkret fikir bildirmək çətindir”
# 29 dekabr 2008 10:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müxalifət partiyaları Konstitusiya dəyişiklikləri ilə bağlı gələn il martın 18-də keçiriləcək referendumda iştirak edib-etməməklə bağlı müzakirələrə başlayacaqlar. Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər APA-ya bildirib ki, indidən referendumun boykot olunub-olunmayacağı barədə konkret fikir bildirmək çətindir: “Çünki bundan əvvəl prezident seçkiləri də boykot olundu. Lakin seçki komissiyaları hakimiyyətin nəzarətində olduğundan istədikləri rəqəmi əldə etdilər. Həm ölkə ictimaiyyətinin, həm də beynəlxalq ictimaiyyətin tələblərinə baxmayaraq, seçki komissiyalarının tərkibi dəyişdirilməyib. Ona görə də şübhə yoxdur ki, referendumun da nəticələri saxtalaşdırılacaq”. S. Əkbər digər müxalifət partiyaları ilə müzakirələrdən sonra qərar veriləcəyini söyləyib: “Boykot təsirli vasitələrdən biridir. Əgər ölkənin bütün müxalifət qüvvələri, demokratik ictimaiyyət boykota qoşularsa, bu, effektli olar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR