Bank Of Baku

Azərbaycan MSK referendumla bağlı Təqvim Planı hazırlayır

Azərbaycan MSK referendumla bağlı Təqvim Planı hazırlayır
# 29 dekabr 2008 10:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. 2009-cu il martın 18-də keçiriləcək referendumla bağlı Mərkəzi Seçki Komissiyası Təqvim Planı hazırlayır. MSK-nın katibi Natiq Məmmədovun APA-ya verdiyi məlumata görə, Təqvim Planı üzərində iş artıq yekunlaşmaq üzrədir və yaxın günlərdə təsdiq ediləcək. N. Məmmədov bildirib ki, MSK artıq seçki hazırlıqlarına başlayıb, Təqvim Planı ilə yanaşı, lazım olan digər normativ sənədlər də hazırlanır.

Həmçinin, təşviqat və maarifləndirmə məqsədilə proqramlar üzərində iş gedir: “Ümumilikdə ilkin zəruri addımlar atılıb”.

N. Məmmədov bildirib ki, prinsipcə referendumun seçkilərdən ciddi fərqi yoxdur. Buna görə də referendumdan əvvəl də seçici siyahılarının dəqiqləşdirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR