Bank Of Baku

AXCP gələn ilin əvvəllərində qurultay keçirəcək

AXCP gələn ilin əvvəllərində qurultay keçirəcək
# 29 dekabr 2008 10:13 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) 2009-cu ilin yanvar ayının sonu, fevralın əvvəllərində növbəti qurultayını keçirəcək. Partiya sədrinin təşkilati məsələlər üzrə müavini Həsən Kərimovun APA-ya verdiyi məlumata görə, qurultaya hazırlıq üçün rayon təşkilatlarında konfranslar başa çatmaq üzrədir. O, cəmi bir neçə rayonda konfransların keçirilmədiyini söyləyib: “Yanvarın birinci yarısında konfranslar yekunlaşacaq. Bundan sonra qurultayın vaxtı dəqiqləşəcək”. H. Kərimov yer problemi ilə qarşılaşacaqlarını da istisna etməyib: “Biz yerlə bağlı hakimiyyətə müraciət edəcəyik. Əgər qanunlara hörmət edirlərsə, o zaman qurultay üçün yer ayırmalıdırlar”. Qurultayda təxminən 700 nümayəndənin iştirakı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR