Bank Of Baku

BAXCP hakimiyyəti müxalifətlə danışıqlara çağırıb

BAXCP hakimiyyəti müxalifətlə danışıqlara çağırıb
# 29 dekabr 2008 13:19 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Azərbaycandakı mövcud problemlərdən çıxış yolunu iqtidar-müxalifət münasibətlərinin sivil müstəvidə tənzimlənməsində və siyasi partiyalar arasında dialoqun genişlənməsində görür. Buna görə də partiya Azərbaycan iqtidarını müxalifətlə danışıqlara çağırır”. Bu sətirlər BAXCP İdarə Heyətinin iclasında qəbul olunmuş bəyanatda əksini tapıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilir ki, ölkənin taleyüklü məsələlərinin siyasi partiyaların müzakirəsinə çıxarılması, iqtidar-müxalifət dialoqunun siyasi münasibətlərin əsas atributlarından birinə çevrilməsi qəbul ediləcək qərarların ədalətli və dayanıqlı olmasına zəmin yarada bilər. 2008-ci ildə ölkənin siyasi həyatında olduqca önəmli hadisələrin cərəyan etməsinə baxmayaraq, bəyanat müəllifləri çoxpartiyalı sistemin inkişafı istiqamətində heç bir irəliləyiş baş vermədiyini bildiriblər: “Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı layihənin Milli Məclisdən öncə siyasi partiyaların müzakirəsinə çıxarılmaması bir daha Yeni Azərbaycan Partiyası başda olmaqla, ölkədə fəaliyyət göstərən siyasi təşkilatların dekorativ funksiya daşıdıqlarını nümayiş etdirdi”.

BAXCP hesab edir ki, ölkədə ciddi hüquqi-siyasi islahatlar həyata keçirilməli, çoxpartiyalı sistem və vətəndaş cəmiyyətinin digər atributları inkişaf etdirilməlidir: “BAXCP Azərbaycanda sivil və etimadlı münasibətlər sisteminin formalaşması məqsədilə iqtidar-müxalifət danışıqlarına ehtiyac duyulduğunu bir daha bəyan edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR