Bank Of Baku

ADP İsrailin Qəzzaya hücumlarını Fələstin ərəblərinə qarşı “xroniki genosid” kimi qiymətləndirib

ADP İsrailin Qəzzaya hücumlarını Fələstin ərəblərinə qarşı “xroniki genosid” kimi qiymətləndirib
# 29 dekabr 2008 13:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyası (ADP) Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq sazişinin bağlanması istiqamətində danışıqları təqdir edir. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu mövqe ADP İdarə Heyətinin iclasında səslənib. ADP rəhbərliyi hesab edir ki, saziş iki qardaş dövlət arasında strateji təhlükəsizliyi təmin edəcək addım ola bilər. Partiya Rusiya müdafiə nazirinin Xəzər hövzəsində münaqişələrin olacağı və Rusiyanın münaqişələrə cəlb olunacağı ilə bağlı bəyanatını Türkiyə-Azərbaycan hərbi əməkdaşlığına Moskvanın reaksiyası kimi qiymətləndirib. Bu mövqeni pisləyən ADP ölkə iqtidarını Azərbaycan dövlətçiliyi üçün ciddi təhlükədən xəbər verən bu bəyanatla bağlı Rusiyanın rəsmi dairələrindən açıqlama tələb etməyə çağırıb.

İdarə Heyəti həmçinin İsrailin Fələstinin Qəzza bölgəsinə böyük insan tələfatına səbəb olan hücumlarını qətiyyətlə pisləyib və bu faktı Fələstin ərəblərinə qarşı “xroniki genosid” kimi dəyərləndirib.

Gürcüstanda parlamentin səlahiyyətlərinin artırılmasını bu ölkənin demokratiyaya doğru daha bir addım atması kimi qiymətləndirən ADP rəhbərliyi bunun əksinə olaraq Azərbaycanda prezidentin seçilməsinə aid məhdudiyyətlərin aradan qaldırılmasının gündəmə gətirilməsini Azərbaycanın bir daha demokratiyadan uzaqlaşmasının təsdiqi kimi qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR