Bank Of Baku

Əli Həsənov: “Konstitusiya dəyişikliyi azad sözün inkişafına heç bir maneə yaratmayacaq”

Əli Həsənov: “Konstitusiya dəyişikliyi azad sözün inkişafına heç bir maneə yaratmayacaq”
# 29 dekabr 2008 13:51 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Konstitusiyaya ediləcək dəyişikliklərdə şəxsin icazəsi olmadan onunla bağlı video və foto çəkilişlərinə qadağa qoyulması informasiya azadlığının məhdudlaşdırılması demək deyil”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. O bildirib ki, Avropa İnsan Haqları Konvensiyasının media ilə bağlı 10-cu bəndinə əsasən şəxsi həyatın toxunulmazlığı qorunmalıdır: “Bu, yalnız jurnalistikaya aid deyil. Həmin müddəada telefon dinlənilməsindən tutmuş, müxtəlif yollar göstərilib ki, bunların heç də hamısını jurnalistlər həyata keçirmir. İnsan həyatının toxunulmazlığı, şəxsi həyata onun icazəsi olmadan müdaxilənin qarşısının alınması bütün Azərbaycan cəmiyyətinin arzusudur”.

Ə. Həsənovun sözlərinə görə, hər insanın tənqid edilməsi bir hüquqdursa, həmin şəxsin təkzib verməsi də hüquqdur: “Əgər insanın həyatı ilə bağlı səhv məlumat verilibsə, ictimai-siyasi nüfuzuna xələl gətirilibsə, onun ailə münasibətlərinə ziyan vurulubsa, əlbəttə ki, həmin şəxsin təkzib haqqı olmalıdır. Mən sizi əmin edirəm ki, bu müddəalar Azərbaycan jurnalistikasının, azad sözün inkişafına heç bir maneə yaratmayacaq. Hətta əksinə, jurnalistikanın daha məsuliyyətli jurnalistika olmasına stimul verəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR